May 11, 2021 10:49 Asia/Baku
  • İlham Əliyev Kanada və Fransanın Qarabağ bəyanatlarını kəskin tənqid etdi

Azərbaycan Respublikasının dövlət başçısı bir daha Qarabağ ermənilərinə status verilməyəcəyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin”

Qarabağ ermənilərinə heç bir statusun verilməyəcəyini vurğulayan dövlət başçısı Fransa və Kanada rəhbərlərinin çağırışlarına cavab olaraq qeyd edib ki, o yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versinlər. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Sitatın sonu

Qeyd edək ki, İlham Əliyev hələ noyabrın 10-dakı məşhur çıxışında müharibənin dayandırılması ilə bağlı saziş imzalandıqdan dərhal sonra bunu dilə gətirdi və Qarabağa heç bir statusun verilməyəcəyini vurğuladı, bunun ardınca hətta Dağlıq Qarabağa mədəni muxtariyyətin verilməsi ideyasını irəli sürdüyünə xatir Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qınaq obyektinə çevrildi. Bu səbəbdən həmsədr dövlətlərin və Kanadanın status məsələsindən və Madrid prinsiplərinin həyata keçirilməsindən danışmaları rəsmi Bakını qıcıqlandırır.  Bildirilir ki, Azərbaycan beynəlxalq hüquqdan qaynaqlanan müharibə haqqından istifadə edərək artıq status-kvonu öz xeyrinə, həmişəlik dəyişib və bu təzə reallığı Ermənistanla birgə bütün dünya, o sıradan İrəvanın əsas müttəfiqi Rusiya da qəbul edib.

Bu təhlildən fərqli olaraq bir şey aydındır ki, Rusiya bu məsələdə nə Azərbaycanın, nə də Ermanistanın maraqlarını düşünür. Bu dövlət üçün ermənilərin yaşadığı Dağlıq Qarabağı uzun müddət öz nəzarətində saxlamaq böyük əhəmiyyət kəsb edir. Ona görə də status məsələsinin açıq qaldığını deyir. Əslində Kreml yalnız bu yolla Cənubi Qafqazda dominantlığını qoruyub saxlaya biləcəkdir.

Eyni zamanda Rusiya hökuməti onsuz da Qərb ilə gərgin vəziyyətdə olan əlaqələrini bundan artıq zərbə altında qoymamaq üçün Qarabağın dağlıq bölgəsinin Azərbaycana verilməsinə tələsmir. Bu isə o deməkdir ki, Qarabağ Qərb ilə Rusiya arasında alver predmetinə çevrilib.

 

Teqlər