Okt 28, 2025 14:20 Asia/Baku
  • Bəqayi ABŞ-ın Karaib bölgəsindəki avantürası barədə xəbərdarlıq edib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerikanın Karaib bölgəsində, xüsusən də Venesuela və Kolumbiya əleyhinə təhlükəli avantüraları barədə xəbərdarlıq edib.

İsmayıl Bəqayi verdiyi mətbuat konfransında Amerikanın adıçəkilən bölgədəki hərəkətlərinin beynəlxalq ictimaiyyət üçün nigarançlığa səbəb olduğunu bildirib. Qeyd edib ki, dünya ictimaiyyəti beynəlxalq səviyyədə unilateralizm prosesi, həmçinin BMT prinsiplərinə və beynəlxalq qaydalara/ artan etinasızlıqla üzləşir.

Gücdən istifadənin qadağan olunması və ölkələrin suverenliklərinə hörmət, pozulan ən mühüm qaydalardır- deyən Bəqayi əlavə edib:

Dünyanın müxtəlif bölgələrində öz müdaxilələri üçün bəhanələr gətirən amerikalılar Karaib bölgəsində də narkotik qaçaqmalçılığı ilə mübarizə məsələsini bəhanə ediblər.

Bu gedişatı beynəlxalq sülh əleyhinə təhlükəli hadisə hesab edirik- deyə, Bəqayi vurğulayıb.Bottom of Form