Sionist ravvinlərin Bakı konfransı ləğv edilib?
İsrail rejiminə məxsus "ynetnews" saytının verdiyi məlumata əsasən, noyabr ayında Bakıda keçiriləcək Avropa Ravvin Konfransı təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ləğv edib.
3-6 noyabr tarixlərində keçirilməsi planlaşdırılan toplantıda Avropa, İsrail rejimi, ABŞ və digər ölkələrdən ravvinlər, dini liderlər, siyasi və ictimai xadimlər də daxil olmaqla təxminən 600 iştirakçının iştirak edəcəyi gözlənilirdi və təşkilatçılar toplantıya hazırlıq üçün yüz minlərlə İsrail şekeli sərmayə qoymuşdular!!
Qeyd etməliyik ki, rəsmi Bakı hələ məsələ ilə bağlı rəsmi izahat verməyib, lakin tədbirin ləğv edilməsinin əsas səbəbinin müsəlman dünyasının, xüsusən də Azərbaycan və Türkiyə müsəlmanlarının təzyiqi olduğu ehtimal edilir.
Bu arada, Azərbaycan mediası bir neçə gün əvvəl Azərbaycan qüvvələrinin Qəzzədə qatil İsrail ordusuna xidmət etmək üçün yerləşdirildiyini xəbər vermişdi. İndi isə bu utancverici anti-İslam və qeyri-insani qərarın da ləğv ediləcəyi gözlənilir.