Elxan Şahinoğlu:
Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Axar.az-a verdiyi müsahibədə Laçın dəhlizindən silah-sursatın Qarabağa daxil olduğunu xatırladıb və bu dəhlizin bağlanmasını zəruri hesab edib.
SəhərAzəri-nin məlumatına əsasən,Elxan Şahinoğlu deyib: “Bu bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa daxil olur. Rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır.”
Politoloq Laçın dəhlizinin bağlanması ilə bağlı yayılan xəbərləri müsbət qarşılayaraq deyib: “Ermənilər başa düşməlidir ki, onlar Azərbaycan qanunlarına tabe olmasa, separatçılar silahları təhvil verməsə, rəsmi Bakı lazımi tədbirlər görəcək. Bu tədbirlərdən biri də məhz Laçın dəhlizinin bağlanmasıdır.”
Onun sözlərinə görə, rəsmi Bakı üçün hazırda başlıca prioritet məsələ Zəngəzur dəhlizinin açılmasıdır:
E.Şahinoğlu Laçın dəhlizinin bağlanmasının vacibliyinə başqa səbəbin Zəngəzur dəhlizinin Ermənistan tərəfindən açılmaması olduğunu deyib: “ Azərbaycan ictimaiyyətində bu gün haqlı bir tələb var ki, Ermənistan Zəngəzur dəhlizini açmırsa, biz də Laçın dəhlizini bağlamalıyıq.
Plitoloqa görə, Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ancaq bunu açıb-ağarda bilməyən ermənilərin olduğunu xatırladıb, eyni zamanda separatçı meyilli ermənilər barədə deyib: “Onlar birmənalı olaraq bunu anlamalıdır ki, Qarabağda Azərbaycan qanunlarına tabe olub yaşamaq istəmirlərsə, qapı açıqdır, gedə bilərlər.”