Okt 20, 2021 14:35 Asia/Baku
  • ŞOK: SOCAR narkotik ticarəti ilə məşğuldur

Dövlət Nüft Şirkətinin Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində ən ön sırada olduğu iddia edilir.

SəhərAzəri-nin məlumatına əsasən, Azad Söz Kanalı bildirib ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti SOCAR ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsində lider rolunu oynayır və şirkətin imkanlarından və əlaqələrindən Azərbaycan Respublikasına kokain keçirmək üçün istifadə olunur.

Məlumata əsasən, Azərbaycan hakimiyyətinə məxsus pullar SOCAR -ın törəmə şirkətlərindən olan "SOCAR Trading Company" şirkətinin prezidenti Anar Əlizadə tərəfindən xaricə köçürülüb və çirkli pulların yuyulması əməliyyatları həyata keçirilib.

Qeyd olunur ki, Anar Əlizadə SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. Həmin bu şəxsin prezidentin ailəsinə ofşor zonalarda 700 milyon avro dəyərində əmlak almasına kömək etdiyi barədə də iddia irəli sürülür.

Daha əvvəl Türkiyə mafiyasının liderlərindən Sedat Peker də SOCAR-ın heroin alveri ilə məşğul olduğunu ortaya qoymuşdu.

Teqlər