Okt 21, 2021 14:35 Asia/Baku
  • Deputat kəndlərdəki işsizlik və yoxsulluqdan gileylənib

Milli Məclisin üzvü Tahir Kərimli deputat seçildiyi dairədən olan rayonda əhalinin vəziyyəti barədə danışıb. Tahir Kərimli YAP-da keçirilən dəyirmi masada deyib:

SəhərAzəri-nin məlumatına əsasən, “Yerlərdə camaat işsizdir. Pay torpaqları verilib, amma kəndlinin əlində texnikası yoxdur ki, əkib becərsin. Ona görə də verilən dotasiyanı uşağını oxutmağa və s. yönəldir.”

Deputat kəndlilərin yoxsulluq və işsizlik ücbatından şəhərlərə üz tutmasına diqqət çəkərək deyib: Şəhər əhalisi artıb, hamı işsizlikdən gəlib Bakıya. Elə etməliyik ki, əhalinin torpaqdan istifadə etmək imkanı olsun.

Tahir Kərimli  2030-cu ilə qədər Milli İnkişaf Strategiyasına da iradın bildirib:” Həmin strategiyada 2030-cu ilə qədər ÜDM-nin 100% artımı olacağı gözlənilir. Amma bunun necə olacağı, hansı proqramla ediləcəyi ortada yoxdur”,-deyə deputat bildirib.

Teqlər