Yan 05, 2022 12:34 Asia/Baku
  • Gültəkin Hacıbəyli: Qazax olmaq arzusundayıq!

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Azərbaycan vətəndaşlarının qazax olmaq arzusunda olduqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Gültəkin Hacıbəyli öz Facebook paylaşımında bu barədə yazır: 

"Öncə gürcü, ukraynalı, qırğız, belarus, hətta sudanlı və zimbabveli olmaq istəyirdik. İndi sıra qazax olmaq istəməyə də gəlib çatdı. Demokratikləşmə prosesində Gürcüstan və Ermənistan qalsın bir yana, Qırğızıstan və Qazaxıstandan- Orta Asiyadan belə geridəyik. Hələlik təsəllimiz tək Türkmənistandır, ancaq kim bilir, bəlkə bir gün türkmən olmaq da istədik..."

Keçmiş millət vəkili qeyd edir: "Qazaxıstanda etirazlar sıxılmış qazın qiymətinin iki dəfə artırılmasına görə başladı. Ancaq Azərbaycanda suyun qiyməti iki dəfə artırılanda, ardınca benzinin, dərmanların, işığın qiyməti qalxanda biz Tarif Şurasına bir-iki ağız qaralayıb sonra Zərgəzuru almağa getdik... Qazaxıstan isə hökuməti istefaya göndərilib. Məmur həbsləri başlayıb. Sıxılmış qazın qiyməti əvvəlkindən də aşağı səviyyəyə salınıb- ancaq insanlar sakitləşmir. Qazax xalqı azadlıq istəyir. 30 illik diktaturadan bezib. Öz hökumətini özü seçmək arzusundadır. Tokayev yaxşıdır demir. Kənardan ağ atlı oğlan və ya əlində Musa peyğəmbərin əsası olan müxalifət lideri gözləmir. Öz taleyinə özü sahib çıxır."

Teqlər