Yan 27, 2022 13:12 Asia/Baku
  • Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqına İran da daxil ola bilər +VİDEO

Azərbaycan Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasına son səfəri zamanı keçirilən görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə və hərbi ekspertin fikirlərini öyrənib.

SəhərAzəri-nin məlumatına əsasən,Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan müdafiə nazirinin bu səfəri Azərbaycan-İran hərbi əməkdaşlığının yeni səhifəsinin açıldığını göstərir.

Onun sözlərinə görə, İran rəsmiləri Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını göstərirlər: "Bu, Azərbaycan-İran geniş spektrli münasibətlərinə yeni və aktual bir sahənin əlavə olunması kimi qiymətləndirilə bilər. Azərbaycan-İran hərbi əlaqələrinin qurulması yaxşı perspektivlər vəd edir".

Millət vəkili əlavə edib ki, birgə hərbi sənaye məhsullarının istehsalı, hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması sahələrində əməkdaşlıq edilə bilər. O hesab edir ki, gələcək dövrlərdə Azərbaycan-İran hərbi təlimlərinin keçirilməsi də mümkün olan məsələlərdəndir.  

Hərbi ekspert Ruslan İmanquliyev də Azərbaycan və İranın hərbi sahədə əməkdaşlığını müsbət qiymətləndirərək gələcəkdə bölgədə sülhün təmin olunması üçün İranla hərbi əməkdaşlıqların vacibliyini vurğulayıb.

Ruslan İmanquliyev Azərbaycan Respublikasının müharibədən sonra Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirdiyini xatırladaraq, İranın da bu müttəfiqlər sırasında daxil olmasını mümkün sayıb.

"Azərbaycan İranla birgə Xəzərdə ortaq hərbi təlimlər keçirə bilər. Bu təlimlərə digər region dövlətləri də cəlb oluna bilər. Bunda İranın maraqlı olması daha önəmlidir”, hərbi ekspert Ruslan İmanquliyev deyib.

 

Teqlər