Azərbaycan xalqı Rusiyanın hücumunu pislədi
Bakıda Ukraynaya dəstək mitinqi keçirilib
Yüzlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyətin nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə mitinqi keçirib.
SəhərAzəri-nin Turan İnformasiya Agentliyinə istinadən verdiyi məlumata əsasən, aksiya ictimai fəallar tərəfindən təşkil eidlib.
Mitinqdə “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin rədd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı Azərbaycan xalqı sizinlədir!”, “Putin çıx get!”, “Putinsiz Rusiya!”, “Bu Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” və digər şüarlar səsləndirilib.
Mitinq iştirakçılarının bəyanatında Rusiyanın beynəlxalq hüquq normalarını, ölkələrin ərazi bütövlüyü prinsipini pozaraq Ukraynaya qoşun yeritməsi qətiyyərtlə pislənir.
Mitinq iştirakçılarının bəyanatında qeyd edilir: “Ukraynanın müdasfiəsi uğrunda həlak olanların xatirəsini yad edirik. Rusiyanın işğalçı qoşunları qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarlmalıdır. Ukraynaya qarşı müharibə qərarı verən Rusiya rəsmilərinin, Putin də daxil olmaqla beynəlxalq hərbi tribunala cəlb edilməsini tələb edirik”.
Məlumatda qeyd olunur ki, Ukraynanın Azərbaycandakı Səfirliynin nümaqyəndələri mitinqçilərinin qarşısına çıxıb. Səfirliyn nümayəndəsi Oleq Klinçenko aktiv müdafiəyə görə Azərbaycan xalıqına təşəkkür edib.
“Azərbaycan xalqı ilk gündən Ukrayna xalqının yanındadır. Biz Ukrayna xalqı, Ukrayna Səfirliyi adından Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Azərbaycan xalıq Ukraynanı dəstəkləyir, Azərbaycan dövləti humanitar yardım edir. SOCAR pulsuz yanacaq verir,” deyə o qeyd edib.
Aksiyaya polis müdaxiə etməyib