Erməni politoloq Azərbaycana xox gəldi
“Azərbaycan prezidenti yaxın gələcəkdə Qarabağı ermənilərdən təmizləyə bilməyəcək”
Erməni politoloq iddia edib ki, Bakı 44 günlük müharibənin nəticələrini təsbit etməkdə çətinlik çəkir.
SəhərAzəri-nin məlumatına əsasən, türkşünaslıq üzrə ekspert, professor Ruben Safrastyan Armİnfo-ya müsahibəsində bildirib: "Söhbət 44 günlük müharibə nəticəsində -onun ifadəsi ilə desək - işğal olunmuş Artsax ərazisi və Artsaxın yekun statusundan gedir. Hesab edirəm ki, Artsaxın yekun statusu ilə bağlı müxtəlif beynəlxalq platformalarda başlanmış müzakirələr kontekstində Azərbaycan məsələni öz xeyrinə həll edə bilməyəcək".
Ekspert qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əraziləri üzərində nəzarətini bərqərar etməyə çalışır, lakin Əliyev yaxın gələcəkdə, o cümlədən Rusiya sülhməramlıları qüvvələrinin bölgədə qaldığı müddətdə bunu edə bilməyəcək.