Buzovnalılar qanunsuz zəbt etmələrə son qoya biləcəklərmi?
https://azeri.sahartv.ir/news/azərbaycan-i390079-buzovnalılar_qanunsuz_zəbt_etmələrə_son_qoya_biləcəklərmi
Buzovna qəsəbəsinin ictimai fəalları Azərbaycan prezidenti İlham Əliyevə müraciətin yer aldığı videoçarx çəkiblər və Youtube-da yerləşdiriblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 13, 2022 09:14 Asia/Baku
  •  Buzovnalılar qanunsuz zəbt etmələrə son qoya biləcəklərmi?

Buzovna qəsəbəsinin ictimai fəalları Azərbaycan prezidenti İlham Əliyevə müraciətin yer aldığı videoçarx çəkiblər və Youtube-da yerləşdiriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Videomüraciətdə məqsəd dövləti yerli torpaq sahibləri tərəfindən zəbt olunmaqdan qurtulmağa, Xəzər sahilindəki tarixi qayaların təmizlənməsi və ictimai istifadə üçün mühafizəsinə cəlb etməkdir.

Sonra videoçarxın müəllifləri Google Map peyk xəritəsindən istifadə edərək mülkiyyətçilər tərəfindən dənizin kənarına qədər tikilmiş və hasarlarla ayrılmış Xəzər sahilini yüksəklikdən nümayiş etdirirlər.

Videomüraciət müəllifləri Buzovnadakı 15 torpaq sahəsinin ərazisindəki qayaların tikinti tullantıları  ilə zibilləndiyini və ya tamamilə dağıdıldığını göstərirlər.

fəal Seyfulla Əli Turan-a bildirib ki, Ərazisi qayalıq massivə baxan torpaq sahəsi sahiblərinin heç biri şəhərsalma və memarlıq haqqında qanuna əməl etmir. Bu qanuna görə, dənizin yaxınlığında 20-50 metrlik zolağı özəlləşdirib ictimai istifadə üçün bağlamaq olmaz, Seyfulla Əli deyib