Rusiyanın Ermənistanla Azərbaycan arasındakı problemlərin həlli ilə məşğul olması istənilir
A.Skakov: Moskva kənarda qalarsa, Qərb işlərə burnunu soxacaq
Əgər Rusiya Ermənistanla Azərbaycan arasındakı problemlərlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması ilə məşğul olmasa, mütləq Qərb bununla məşğul olacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov Armİnfo-ya müsahibəsində bunu bildirib.
“Mən hesab edirəm ki, Moskvanın Vaşinqton və ya Brüssellə indiki münasibətlərini nəzərə alsaq, Moskva bunda çox da maraqlı deyil. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində diplomatiyamızı aktivləşdirmə zərurəti də məhz buradan qaynaqlanır.”
Skakovun sözlərinə görə, Qarabağ münaqişəsində Qərbin təsirinin artması nəzərə alınmaqla İrəvanla Bakı arasında dialoqun stimullaşdırılması Moskva üçün təbii ki, həm ikitərəfli formatda, həm də öz iştirakı ilə prioritetdir.
Skakov münaqişə tərəflərinin qarşılıqlı tələblərinin artmasını Avropa İttifaqı üçün sərfəli fürsət adlandırıb və deyib ki, qərbllər mövcud vəziyyətdən faydalanmağa çalışırlar.