Əsgər hərbçi yoldaşı tərəfindən qətlə yetirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i392296-Əsgər_hərbçi_yoldaşı_tərəfindən_qətlə_yetirilib
Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2022 14:56 Asia/Baku
  • Əsgər hərbçi yoldaşı tərəfindən qətlə yetirilib

Azərbaycan Ordusunda hərbçi yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki,Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Mirzoevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla cinayətin əsgərin hərbçi yoldaşı tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
 Şübhəli şəxs tutularaq istintaqa cəlb edilib.