Azərbaycan prezidenti Ermənistanı hədələdi
İlham Əliyev: Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın!
Azərbaycan Respublikasının prezidenti Anım Günü münasibətilə Füzulidə etdiyi çıxışında bir daha Ermənistana xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev deyib: "Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxış edən ölkı başçısı sonra deyib: "Biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın”.
Qeyd edək ki, sentyabrın 13-ü və 14-də sərhəddə baş verən qanlı toqquşmalar iki ölkə arasında sülh prosesini zərbə altında qoyub və hərbi ritorika sülhə olan ümidləri heçə endirir.