Azərbaycsnda dindar kəsim yenidən hədəfdə
Yeni agentura iddiası ilə növbəti həbs dalğası olacaqmı?
Əliyev hökuməti inanc əhlinə qarşı total kampaniyaya başlayır. Müsəlman Birliyi Hərəkatı xəbərdarlıq etdi.
SəhərAzəri-nin məlumatına əsasən, hərəkatın yaydığı bəyanatda deyilir: "2022-ci ilin gəlişindən gərginliyin seyr olunduğu Azərbaycanda reallıq əfv sərəncamında öz təsdiqini tapdı. Mövzu bir az da şəffaflanaraq inanclılara qarşı sərt bir dönüşün və ya siyasi dillə desək, “təmizlənmə siyasəti”nin olacağı ehtimalı çılpaqlığı ilə özünü göstərməyə başladı. Məlumat üçün qeyd edək ki, Azərbaycanda hər il dini düşüncəsinə görə inanclılar həbs edilməsi mütəmadi olaraq qeydə alınır. Hətta 2010-cu ildən başlayaraq ölkədə siyasi məhbusların böyük əksəriyyətini məhz inanclılar təşkil edir. Bu da qeyd olunmalıdır ki, onların bir çoxu xariclə, xüsusi olaraq İranla əməkdaşlıq adı ilə saxlanılsa da, məhkəmələr müddətində bütün bunlar öz təsdiqini tapmır. Lakin hakimiyyət xüsusilə şiə inanclıları, ölkənin daxilində məhdudlaşdırma siyasətinə qarşı çıxacaq potensial qüvvə kimi gördüyündən, onları bu adla həbs etməyə davam edir."
MBH-nin bəyanatında sonra qeyd olunur: "Həqiqətən də, on gün ərzində “İran agenturasına” cəsusluq adı altında "təmizləmə siyasəti" gerçəkləşəcəkmi? Yoxsa bu, İranla gərginlik fonunda qonşu dövlətə göz dağı vermə, qıcıqlandırma siyasətinə hesablanıb? Bu, yalnız gələcək günlərdə baş verəcək və ya əksini deyə biləcək bir ehtimaldır. Lakin həqiqət başqa bir fikri diktə edir: Bundan öncə də ölkədə dini dəyərlərin hakimiyyətin arzuladığı vəziyyətə gətirilməsi üçün inanclı və ruhanilərin həbsi, dini medianın qapadılması, İslam təbliğçilərinin, məddahlardan şairlərə qədər, hər kəsin nəzarətə alınma siyasətinə hesablanmış həbs dalğası bu gün İranla gərginlik fonunda hakimiyyətə arzusunu gerçəkləşdirmək üçün daha münbit şərait yaradır."
Bəyanat müəlliflərinin fikrincə, gərginlik yaratma cəhdi ölkənin daxilində deyil, tam fərqli - üçüncü dövlətin ölkə şiəliyinə təzyiqinin növbəti mərhələsi olaraq gerçəkləşmə ehtimalını ortaya qoyur.