Bakıda İrana qarşı daha bir təxribat
DAK-çılar İrana "xox" gəldilər
Noy 03, 2022 13:17 Asia/Baku
Dırnaqarası "Dünya Azərbaycanlıları Konqresi" (DAK) adlanan qaragüruhun İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə dünən yığıncaq keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyevin tapşırığı ilə keçirilən tədbirdə DAK həmsədri, deputat Sabir Rüstəmxanlı toplantıda çıxış edib və bölgədəki geopolitik durumdan, DAK qarşısında duran vəzifələrdən bəhs edib.
Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin və digərləri çıxış edərək, guya İran Azərbaycanın üzləşəcəyi problemlərdən danışaraq onlara dəstəyin vacibliyindən danışıblar.
Çıxışlarda DAK-in gəncləşməsi, İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.