Fələstinlilər Əliyev rejimini qınayırlar
Təl-Əvivdə səfirliyin açılması Netanyahu üçün həyat ipidir
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatı Azərbaycan Respublikasının Təl-Əvivdə səfirlik açmasını qətiyyətlə pisləyib və bunu Netanyahu və onun ekstremist kabineti üçün həyat yolu adlandırıb.
Bəyanatda İslami Cihad liderlərindən biri olan “Xalid əl-Bətş” qeyd edib ki, Azərbaycan Respublikasının müsəlman ölkəsi kimi işğal olunmuş ərazilərdə səfirlik açması Benyamin Netanyahunun güclənməsinə kömək edir və Fələstin xalqının amallarına qarşı zəhərli bir xəncər kimidir.
O, əlavə edib: “Azərbaycan və sionist rejimlə güzəştə gedən digər İslam və ərəb ölkələrinin fələstinlilərin yanında olması və sionist işğal rejiminə qarşı onlara dəstək verməsi məqsədəuyğundur.
Xalid əl-Bətş vurğulayıb ki, sionist rejimi bu gün daxili böhranlar səbəbindən xaos vəziyyətindədir, belə bir şəraitdə hansısa ərəb və İslam ölkəsinin işğal olunmuş ərazilərdə səfirlik açması Netanyahunun ekstremist siyasətlərinə xidmət edir.