Apr 07, 2023 18:32 Asia/Baku
  • Rəsmi Bakı təlimatları yerinə yetirməkdə davam edir

Bu güb Azərbaycan parlamentində İrana qarşı təhqir və böhtan dolu çıxışlarla eyni zamanda İran səfirliyinin 4 diplomatının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının icrasına başlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən Azərbaycan Respublikası Xarici İşər Nazirliyi İranın Bakıdakı səfirliyinin 4 diplomatını arzuolunmaz şəxs elan etdi və onların 48 saat ərzində bu ölkə torpaqlarını tərk etməli olduqlarını bildirdi.

Artıq İranla Azərbaycan Respublikası əlaqələrinin ruhuna və diplomatik ənənələrə uyğun olmayan bir hərəkətdə rəsmi Bakı Tehrandakı səfirliyini bağlamışdır. Bu qərarın səfirliyə bir şəxsin silahlı hücumu ilə bağlı olduğu deyilir halbuki səfirliklərə hücum nümunələri dünyada çoxdur və rəsmi Bakının hücumdan sonrakı rəftarı isə nadir hərəkətlər sırasında qiymətləndirilir.

Səfirliyin fəaliyyətinin dayandırılmasından sonra Azərbaycan Respublikasında anti-İran kampaniyası demək olar ki, özünün kulminasiya nöqtəsinə çatdırılmışdır. Tamamiylə hakimiyyətin nəzarətində olan medialardan tutmuş hakimiyyət adamlarınadək ara vermədən İrana qarşı şər və böhtan kampaniyası davam etdirilir. Bununla yanaşı ölkə daxilində geniş həbslərə start verilib, həbslərin bəhanəsi isə İrandır. Belə ki, rəsmi Bakı yaratdığı gərginlikdən inanclı insanlardan intiqamını almaq üçün faydalanmağa cəhd göstərməkdədir.

İrana qarşı planın bənd bənd icrasının davamında dünən İranın Bakıdakı diplomatlarından 4-ünə qarşı ölkəni tərk etmək qərarı verilir və bu gün də Azərbaycan Respublikası parlamenti İranı təhqir tribunasına çevrilir.

Maraqlıdır bütün bunlar rəsmi Bakının sionist rejimdə səfirlik açması ilə eyni vaxta təsadüf edir.

Görünür Azərbaycanı qonşuları ilə üz-üzə qoyaraq bu müsəlman ölkəni zəiflətmək istəyən, müsəlman ölkələrinin başlarını biri-birinə qatmaq arzusunda olan sionist İsrail rejiminin məkrli planlarına Bakıda əməlli-başlı start verilmişdir. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının müsəlman xalqı və xeyirxah ziyalıları prossesin belə davam etməsindən nigarandır və sionistlərin araya girməsinə imkan verməyəcəkdir.

Teqlər