Azərbaycanda həbs edilən Qarabağ qazisinin işgəncə ilə öldürüldüyü iddia olunur
“Əllərini və ayaqlarını bağlayaraq amansızcasına döyüblər”
Lerikin Bürsülüm kənd sakini Fəxrəddin Ağayev qardaşı oğlu Sübhan Ağayevin Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilərək öldürüldüyünü iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, O, Meydan TV-yə bildirib ki, Sübhan Ağayev 2022-ci ilin oktyabrında məsuliyyətə cəlb olunub.
Şikayətçinin sözlərinə görə, Sübhan Bakıdan Salyana aparılanda sağ-salamat olub, bədənində heç bir xəsarət izi yoxmuş: “Martın birində, dəfnindən öncə onun meyitini mən yumuşam. Bədəninin hər yerində işgəncə izləri vardı. Əllərini və ayaqlarını bağlayaraq amansızcasına döyüblər. O, könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. O, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu”, – deyə o bildirib.
Fəxrəddin Ağayev işi aparan müstəntiqdən də şikayətçidir: “İnsan ölür, deyirlər ki, ürək tutmasından keçinib. Məgər qapalı müəssisədə ölümü araşdırmaq çətindir?”.