Azərbaycan Laçın - Xankəndi yolunda post qurdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i399396-azərbaycan_laçın_xankəndi_yolunda_post_qurdu
Azərbaycan tərəfi Qarabağ ermənilərinə qarşı blokadanı şiddətləndirərək Laçın - Xankəndi yolunda post qurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2023 08:14 Asia/Baku
  • Azərbaycan Laçın - Xankəndi yolunda post qurdu

Azərbaycan tərəfi Qarabağ ermənilərinə qarşı blokadanı şiddətləndirərək Laçın - Xankəndi yolunda post qurub.

SəhərAzəri-nin məlumatına görə, Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayaraq bildirib ki, Ermənistan ərazisindən Qarabağ üçün silah-sursat daşınmasının qarşısının alınması məqsədilə Azərbaycanın Ermənistanla sərhəddində, yeni çəkilmiş Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Bu nəzarət buraxılış məntəqəsinin yaradılması Azərbaycana Qarabağ üzərində nəzarətini artırmaq istiqamətində üstünlük vermiş olacaq. Belə ki, Ermənistanın ərazisindən Qarabağ gətirilən bütün yüklər yoxlamadan keçəcək.

Deyildiyinə görə sərhəd-buraxılış məntəqəsinin qurulması Rusiyanın icazəsi ilə baş tutub.