Deputat Vahid Əhmədov qalmaqalı böyüyür
Yalnız üç deputatın ədalətlə səs qazandığını deyən millət vəkili tənqid atəşinə tutulub
Azərbaycan Respublikası Parlamentinin sədri və deputatları deputat Vahid Əhmədovun dediyi sözlərə görə onun tənqid ediblər. O çıxışında, Azərbaycan Respublikası parlamentinin cəmi üç deputatının ədalətli səs toplayaraq parlamentə daxil olduğunu deyib.
SəhərAzəri-nin məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, parlamentin İntizam Komitəsi Əhmədovun bloqqer Mehman Hüseynova verdiyi müsahibəsinə baxmalıdır!
İntizam Komitəsinin müavini Fazil Ağamalı da bildirib ki, Əhmədov səsləndirdiyi bu fikirlə digər deputatların topladığı səsləri sual altına alıb və buna görə də cəzalandırılmalıdır.
YAP-ın parlamentdəki nümayəndəsi Siyavuş Noruzov da deyib ki, milli mənsubiyyəti bilinməyən, savadı olmayan jurnalistə müsahibə verməyə nə ehtiyac var idi?!
Parlament nümayəndəsi Fəzail İbrahimli də Vahid Əhmədova qarşı reaksiya verərək deyib: “Siz deyirsiniz ki, bu parlamentdə üç nəfərdən başqa, qalanların hamısı saxtakardır. Bunu deməklə niyə bizim ləyaqətimizə xələl gətirirsən?!"
Xatırladaq ki, Vahid Əhmədov öz müsahibəsində Milli Məclisin deputatlarının sahibkarlıq fəaliyyətindən də danışıb və “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının qanun pozuntularına niyə diqqət yetirilmir” sualına cavab olaraq: "Bura Azərbaycandır!" deyib.
Qeyd edək ki, bundan öncə Erkin Qədirli də Mehman Hüseynovla müsahibəsində demişdi ki, "Azərbaycan Respublikasında real seçki yoxdur!"