Noy 03, 2023 13:00 Asia/Baku
  • “ABŞ heç vaxt Azərbaycanın suverinliyini dəstəkləməyib”

30 ildir ABŞ-ı Azərbaycan Respublikasının yaxın dostu və müttəfiqi kimi təqdim edən rəsmi Bakı Vaşinqtonun heç vaxt Azərbaycanın suverinliyi və ərazi bütövlüyünü dəstəkləmədiyini etiraf edib.

Onilliklər ərzində vasitəçi olan Birləşmiş Ştatlar heç vaxt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü indi Ermənistana münasibətdə olduğu kimi dəstəkləməyib.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamentinin mətbuatda dərc olunan fikrini şərh edərkən deyib.

“Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı gözləntilərimizi, məsələn, güc tətbiqinə qarşı xəbərdarlıqlarımızı vurğulayırıq və vəziyyəti daim izləyirik”, Dövlət Departamentinin "Amerikanın Səsi"nin erməni xidmətinin sorğusuna cavabında deyilir.

Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin həmin mövqeyinə cavabda belə deyib: “ABŞ beynəlxalq öhdəliklərinə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində heç vaxt Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə və Ermənistan silahlı qüvvələrinin çıxarılmasına çağırış etməyib”

Azərbaycan Respublikası XİN sözçüsü keçmişdəkilərdən fərqli olaraq ABŞ-ın düşmən mövqeyinə adekvat cavab veriləcəyini dilə gətirib:

“Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”, deyə o bildirib. 

Qeyd edək ki, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra ABŞ və Avropa ölkələrinin üzündən maska düşdü və onlar gecikmiş bəyanatlarla mövcud vəziyyətlə barışmaq istəmədiklərini hər gün nümayiş etdirməkdədilər.

 

 

Teqlər