İranla Naxçıvana marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur
https://azeri.sahartv.ir/news/azərbaycan-i405514-İranla_naxçıvana_marşrutla_bağlı_müqavilə_azərbaycanın_suveren_hüququdur
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 16, 2023 13:18 Asia/Baku
  • İranla Naxçıvana marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.

Nazirliyin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir: “Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir”.

Azərbaycan XİN sözügedən səylərə xələl gətirən hər hansı bir şərhin yersiz olduğunu Amerika dövlətinə xatırladıb.