Mart 05, 2024 21:20 Asia/Baku
  • Azərbaycan Qəzzə günahını yuya bilmədi

“İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyət, mülki əhali arasında davam edən itkilər, Qəzza bölgəsindən insanların didərgin düşməsi, habelə əhalinin aclıqla üzləşməsi ciddi narahatlıq doğurur”, - deyə Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XİN rəhbərləri şurasının fövqəladə iclasında bildirib.

Nazir rəsmi Bakının münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini səsləndirib.XİN başçısı hərbi əməliyyatların təcili dayandırılmasına və günahsız insanların ölümünün qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlərə çağırıb.Qeyd edək ki, Azərbaycan tərəfi öz mövqeyini təkrarlayıb. Günahı böyük olan dövlət öz inadından əl çəkmir.Məlum olduğu kimi, Azərbaycan İsrail rejiminin bu müharibədə yanacaq təminatını, başqa sözlə onun "nəfəs almasını" qoruyan dövlət məhz Azərbaycan dövlətidir.

Teqlər