Rəsmi Bakının seçkiyə yaratdığı şərait məmnunluqla qarşılanıb
İran səfirliyi Azərbaycana təşəkkür etdi
İranın Azərbaycandakı səfirliyi İranda 28 iyunda keçirilən prezident seçkiləri ilə əlaqədar yaradılan şəraitə görə Azərbaycan Respublikasına dərin minnətdarlığını bildirib.
İran səfirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd olunur ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi 14-cü prezident seçkilərinin birinci turunda Azərbaycanda yaşayan iranlıların iştirakını yüksək qiymətləndirməklə yanaşı, sözügedən seçkilərin keçirilməsi üçün münasib şəraitin və platformanın yaradılmasında göstərdiyi əməkdaşlığa və yardıma görə Azərbaycan Respublikası hökumətinə dərin minnətdarlığını bildirir.
İran səfirliyi bildirib ki, Azərbaycan hökumətinin razılığı ilə 14-cü prezident seçkilərinin ikinci turu üçün səsvermə 2024-cü il iyulun 5-də saat 8:00-dan 18:00-dək Şərifzadə küç. 269 ünvanında yerləşən səfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.