Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i412859-azərbaycan_respublikasının_tehrandakı_səfirliyi_yenidən_fəaliyyətə_başlayıb
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyyəti İrana geri dönüb.
(last modified 2024-07-15T05:12:53+00:00 )
İyul 15, 2024 09:09 Asia/Baku
  • Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlayıb

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyyəti İrana geri dönüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək.

Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək”, – deyə məlumatda qeyd edilib...