Okt 30, 2024 11:55 Asia/Baku
  • Gürcüstan seçkilərinin azərbaycanlı saxtakarı həbs edilib

Gürcüstan hüquq-mühafizə orqanları Marneulidə etnik azərbaycanlını həbs edib. Bu şəxs, səslərin bir dəstəsini seçki qutusuna atdığı anı əks etdirən və geniş beynəlxalq diqqət qazanan videoyla tanınıb, - deyə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü və parlamentin sədri Şalva Papuvaşvili məlumat verib.

 SəhərAzəri-nin məlumatına əsasən, həbs olunan şəxs yerli bələdiyyə sədrinin müavini və hakim "Gürcü Arzusu" partiyasının üzvü Rovşən İsgəndərovdur. Hazırda istintaq davam edir və onun gələcək taleyi barədə qərar istintaqın nəticələrinə əsasən qəbul ediləcək.

  Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə səslərin 54 faizini qazanaraq hakim partiya qalib gəlib. Lakin Gürcüstanın qərbyönümlü Prezidenti və müxalifəti 26 oktyabrda keçirilən parlament seçkilərini ABŞ və Avropa İttifaqının təhrikamiz və müdaxiləçi iddialarına sövkənərək qanunsuz və saxtalaşdırılmış elan ediblər. Onların istinad etdiyi ən əsas fakt azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə 69 saylı seçki məntəqəsindən olan videodur. Bu videoda İsgəndərov digər səslərin bir dəstəsini qutuya atarkən görünür.

  Hadisəni "Mənim Səsim" missiyasının müşahidəçisi videoya çəkib və daha sonra Rovşən İsgəndərovun adamları tərəfindən fiziki zorakılığa məruz qalaraq seçki məntəqəsindən çıxarılıb. Hadisə ilə bağlı video kadrları internetdə paylaşan şəxs isə keçmiş ombudsman Nino Lomcariya olub, bu da hadisəyə diqqəti daha da artırıb.

Teqlər