Azərbaycan Respublikasının XİN başçısı Ermənistanla sülh prosesindən danışdı
Ceyhun Bayramov: Minsk Qrupu ləğv edilməlidir
Azərbaycan Respublikasının xarici işlər naziri müsəlman ölkələrin səfirlərini Ermənistamla sülh prosesi barədə məlumatlandırıb.
Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində etdiyi çıxışında deyib:"Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsinin mətni üzrə danışıqlar artıq yekunlaşıb. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbi qüvvədə qalır". Nazir həmçinin ATƏT-in Minsk Qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırıb.Qeyd edək ki, Azərvaycan və Ermənistanın sülhə doğru addımlar atmasına baxmayaraq, ABŞ-ın müdaxiləçi siyasəti; o cümlədən Rusiyanı prosesdən kənarlaşdırmaq cəhdləri və Azərbaycanı ağır güzəştlərə vadar etmək istəyi sülh sazişinin əngəllənməsinə səbəb ola bilər. Xüsusilə də "erməni əsirlər"in azad edilməsi tələbi Bakını çətin vəziyyətdə qoyub. Son günlər ABŞ-da həmin mövzula bağlı çağırışların sayı artmağa başlayıb və erməni lobbi təşkilatlarının, eləcə də bir sıra konqresmenlərin Donald Trampa ünvanladıqları müraciətlərdə Qarabağda Azərbaycan xalqına qarşı cinayət törətmiş separatçı liderlərin azad edilməsi təkidlə tələb olunur.
.
۸:۰۲
ن
نورانی