Statistik məlumat
Cənubi Qafqazda orta aylıq əməkhaqqı: Ermənistan lider ölkədir
Mart 18, 2025 18:01 Asia/Baku
Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyük olsa da, orta aylıq əməkhaqqı baxımından yaxşı vəziyyətdə deyil.
İqtisadçı Samir Əliyev "Facebook" paylaşımında bu barədə qeyd edib ki, Azərbaycan orta aylıq əməkhaqqı göstəricisinə görə, Gürcüstan və Ermənistandan geridədir.Belə ki, "2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı $593,6 olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub".Eyni zamanda həm Gürcüstanda, həm də Ermənistanda qiymətlər Azərbaycanla müqayisədə ucuz, əhalinin sosial təminatı daha yaxşıdır.