YAP-çı deputat xaricdə yaşayan blogerləri hədələdi
H.Babaoğlu: Həmin şəxsləri Azərbaycana gətirməyə imkanımız var
Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu xaricdə yaşayan müxalif blogerlərə meydan oxuyub.
H.Babaoğlu deyib: "Virtual məkanda Azərbaycana meydanoxuyan, əslində isə ermənipərəst, islamofob mərkəzlərə xidmət edən ideoloji terrorçular - informasiya terrorçuları erməni terrorçuları kimi bir gün cavab verəcəklər. Onların yaşadıqları ölkələrdən Azərbaycana ekstradisiya edilib-edilməyəcəkləri məsələsinə gəlincə, Azərbaycan güclü, nüfuzlu dövlətdir. Azərbaycan dövlətinin imkanları var ki, onları bu və ya digər formada hüquqa uyğun, hüquqi yollarla, beynəlxalq hüququn tanıdığı imkanlarla Azərbaycana gətirsin. Düşünürəm, Almaniya da, digər ölkələr də mütləq bunu nəzərə almalıdırlar".Azərbaycan Respublikası Baş Prokurorluğu xaricdə yaşayan blogerlər Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıql, ilqar Hacıyev, Elșad Məmmədov və Məhəmməd Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.