Bakı nefti müharibə dövründə vampir rejim üçün həyati əhəmiyyət daşıyıb
Azərbaycan-İsrail əlaqələri necə pik həddinə çatdı? - AKTUAL
Gürcüstanın Cam-Nyus portalı Qəzzə müharibəsi fonunda Azərbaycan-İsrail əlaqələrinin pik həddinə çatdığını təhlil edib.
Cam-Nyus yazır: Azərbaycan və İsrail arasında əsasən müdafiə, kəşfiyyat və enerji üzərində qurulan yaxın strateji əməkdaşlıq formalaşıb. Azərbaycan uzun illərdir İsrailin əsas neft tədarükçülərindən biridir. İlham Əliyev münasibətləri “90 faizi gizli olan aysberq” adlandırmışdı, lakin son illər bu əməkdaşlıq açıq diplomatiya səviyyəsinə çıxıb.
2023-cü ildə Azərbaycan İsraildə səfirlik açmaqla birinci şiə ölkəsi kimi tarixə düşdü. Bunun ardınca yüksək səviyyəli qarşılıqlı səfərlər artdı və enerji sahəsində yeni müqavilələr imzalandı. 2023–2025-ci illərdə əlaqələr daha da genişləndi, xüsusən də Qəzzə müharibəsi fonunda enerji və təhlükəsizlik sahəsində inteqrasiya dərinləşdi. Araşdırmalara görə, Qəzzə müharibəsi zamanı İsrailin idxal etdiyi xam neftin təxminən 40%-i Azərbaycandan gəlib.
Cam-Nyus qeyd edir ki, Azərbaycan 2024-cü ilin ilk aylarında İsrailə 1 milyon tondan çox neft ixrac edərək əsas tədarükçü rolunu möhkəmləndirdi. Bundan əlavə, SOCAR İsrailin Tamar qaz yatağının 10%-ni aldı. Bu təşəbbüs, İsrailin enerji təhlükəsizliyinə töhfə verir.
Müəllifin fikrincə, kəşfiyyat əməkdaşlığı, xüsusilə İranla bağlı informasiya mübadiləsi də münasibətlərin əsas hissəsidir.
Bu arada Qəzzə müharibəsi Türkiyə–İsrail münasibətlərini yenidən kəskinləşdirsə də, Azərbaycan İsraillə əməkdaşlığı dayandırmadı və İsrailə neft axını Ceyhan limanı vasitəsilə davam etdi. Neft “Bakı–Tbilisi–Ceyhan” kəməri ilə Türkiyənin Ceyhan limanına gedir, ordan tankerlərlə İsrailə daşınır.
Bəzi beynəlxalq təşkilatlar bildirir ki, bu neft İsrailin hərbi yanacaq istehsalında istifadə olunur və müharibə dövründə İsrail üçün həyati əhəmiyyət daşıyıb. Buna görə, Azərbaycan İsrailə enerji satdığı üçün tənqid olunur.
Cam-Nyus qeyd edir ki, İsraildə Azərbaycan “müsəlman dünyasında nadir dost ölkə” kimi qiymətləndirilir və İsrail üçün Azərbaycanın xüsusi simvolik əhəmiyyəti var