Azərbaycan Ziyalılar Hərəkatının sədri hakimiyyətə səsləndi
https://azeri.sahartv.ir/news/azərbaycan-i423640-azərbaycan_ziyalılar_hərəkatının_sədri_hakimiyyətə_səsləndi
Eldəniz Quliyev: “Dünyəvilik hicab qadağasına haqq qazandırmır”
(last modified 2026-10-20T12:53:25+00:00 )
Okt 20, 2026 16:51 Asia/Baku
  • Azərbaycan Ziyalılar Hərəkatının sədri hakimiyyətə səsləndi

Eldəniz Quliyev: “Dünyəvilik hicab qadağasına haqq qazandırmır”

Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev məktəblərdə hicab məhdudiyyətlərini tənqid edərək bildirib ki, dünyəvilik vahid məktəbli formasını nə məcburi edir, nə də dini geyimləri qadağan etməyi tələb edir.Eldəniz Quliyev dünyəvi təhsil sisteminin elmi biliklərə, rasional düşüncəyə, tənqidi təfəkkürə və dünyəvi dəyərlərə əsaslandığını vurğulayıb.Onun sözlərinə görə, belə bir sistem dini mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər üçün bərabər təhsil imkanları yaratmalı, tolerantlığı, azad düşüncəni və insan hüquqlarına hörməti təşviq etməlidir.Quliyev qeyd edib ki, vahid məktəbli forması intizam və bərabərlik hissini gücləndirmək məqsədi daşısa da, şagirdlərin fərdi hüquqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir.“Ağız dolusu dünyəvilikdən dəm vurub hicab qadağasına haqq qazandıranlar, lap yumşaq desək, qələt eləyirlər!” – deyə Ziyalılar Hərəkatının sədri vurğulayıb.E.Quliyevin fikrincə, hicabın qadağan edilməsi dünyəvi təhsil sisteminin tələbi və ya onun qorunması deyil, əksinə, həmin sistemin məhvinə yönəlmiş təhlükəli addımdır.