“Fatimeyi-Zəhra” məscidinin dini icması yardım istəyir
İyul 22, 2015 10:00 Asia/Baku
-
“Fatimeyi-Zəhra” məscidinin dini icması yardım istəyir
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icması və qəsəbə sakinləri məscidlə bağlı yardım tələb edir. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət olunub.
Müraciəti 10 minə yaxın qəsəbə sakini imzalayıb. Müraciətdə prezidentdən uzun illərdir ki, tikintisi yarımçıq qalmış məscidin tikintisinin başa çatdırılması və ərazisinin genişləndirilməsi, eləcə də məscidin dini icmasının qeydə alınması üçün yardım göstərilməsi xahiş edilir.Bakı Şəhər İcra Hakimiyyəti Yeni Günəşli qəsəbəsində "Fatimeyi - Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsini idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə Sərəncam vermişdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğvin qərar vermişdir.