Arif Yunus məhkəmədə ifadə verməkdən imtina etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i196448-arif_yunus_məhkəmədə_ifadə_verməkdən_imtina_etdi
Bu gün Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2015 08:33 Asia/Baku
  • Arif Yunus məhkəmədə ifadə verməkdən imtina etdi
    Arif Yunus məhkəmədə ifadə verməkdən imtina etdi

Bu gün Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, məhkəmə propsesində şahıd qismində hüququ müdafiəçisi Sahib Məmmədov ifadə verərkən Arif Yunusun halı pisləşib və məhkəməyə təcili tibbi yardım briqadası çağırılıb. Arif Yunusa 3-cü dərəcəli hipertoniya diaqnozu qoyulub.
Həkimlər A.Yunusa ilk tibbi yardım göstərdikdən sonra onun ifadə verə biləcəyini bildirsələr də, A.Yunus ifadə verməkdən bilərəkdən imtina edib.
Hakim məhkəmə prosesində fasilə elan edib.
Məhkəmə prosesi bu gün davam etdiriləcək.