Ayətullahuluzma Nuri Həmədani Hökumə xatun(s)-nın pak məqbərəsini ziyarət edib
Sen 01, 2015 10:33 Asia/Baku
Azərbaycan Respublikasına səfər etmiş böüyk təqlid mərcələrindən olan Həzrət Ayətullahuluzma Hacı Şeyx Hüseyn Nuri Həmədani İmam Musa Kazim(ə)-ın əziz qızı Hökumə xatun(s)-nın pak məqbərəsini ziyarət edib, fatihə oxuyaraq, o böyük xanımın pak ruhuna hörmət ifadə edib.
Ayətullahuluzma Nuri Həmədani bu nurlu ziyarətgahda İslam və müsəlmanların başıucalığı üçün dua edib və İslam dünyasının problemlərinin aradan qalxmasını istəyib.Ayətullahuluzma Nuri Həmədani bu tədbirin sonunda bir cild nəfis Quran Məcidi bu imamzadənin məsul şəxslərinə təqdim edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə də bu görüşdə Hökumə xatun(s) ziyarətgahının yeni binasının inşası barədə məlumat verib və belə deyib: Kommunistlər öz istilaları dövründə bu pak məqbərə daxil olmaqla Azərbaycan Respublikasının bütün məscid və ziyarətgahlarını yerlə yeksan etmişdilər ki, Azərbaycan Respublikasının istiqlalyyətindən sonra bu respublikanın ozamankı prezidenti mərhum Heydər Əliyevin təşəbbüsü ilə bu yeni bina tikilərək, paklıq Əhli-Beyti(ə)-ın vurğunlarının ixtiyarına verildi.
Bu böyük təqlid mərcəyi həmçinin Bakının Şəhidlər Xiyabanında olaraq, bu müsəlman ölkənin şəhidlərinə hörmət ifadə etdi və fatihə oxuyaraq, bu islami ölkənin şəhidlərinin xatirələrini yad etdi.
Həzrət Ayətullahuluzma Hacı Şeyx Hüseyn Nuri Həmədani həmçinin Bakıda yenicə təsis edilmiş Heydər məscidində olub. Məscidin məsul şəxsi Hacı Sabir Həsənli də bu baxış zamanı bu böyük məscidin özəllikləri və onun inşası mərhələrindən danışıb.
Heydər məscidi Qafqazda ən böyük məscid olaraq, islami memarlıqla, iyirmi hektarlıq ərazidə və iki il müddətinə tikilib. Bu məscid beş mindən çox namazqılanı qəbul etmək imkanına malikdir.
Ayətullahuluzma Nuri Həmədani dünya şilələrinin ilk böyük təqlid mərcəyi kimi Azərbaycan Respublikasında olaraq, Bakının Təzə Pir məscidində bu ölkənin ruhaniləri ilə görüşəcək.
Tarixi Şamaxı və Gəncə şəhərlərindən baxış keçirmək Ayətullahuluzma Nuri Həmədaninin bu səfərdəki digər proqramlarındandır.