Sen 02, 2015 10:11 Asia/Baku
  • Ayətullahuluzma Nuri Həmədani
    Ayətullahuluzma Nuri Həmədani

Ayətullahuluzma Nuri Həmədani müsəlman Azərbaycan Respublikasına səfərinin hədəfinə toxunaraq, deyib ki, bu ölkənin mömin və dindar xalqı ilə görüş və iki xalq arasında birlik və həmrəyliyin gücləndirilməsi bu səfərin hədəflərindən olub və Allaha şükür olsun ki, bu səfərdə Allah-Taalanın köməkliyi ilə bu hədəflərə çatdıq.

Bu böyük təqlid mərcəyi bu səfərlərin müsəlmanların birliyində böüyk təsirə malik olduğunu deyərək, dini tələbələr müraciət edərək deyib: Şərəfli və bərəkətli dini tələbəlik böyük iftixardır və əziz dini tələbələr İmam Zaman(əc)-in əsgəri olmaq dəyərini bilməli və bu tapşırığın yerinə yetirilməsində uğur əldə etmək üçün təmiz ürəklə bu yolda addımlamaq lazımdır.



Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam Ocaqnejad da bu görüşdə deyib: Həzrət Ayətullahuluzma Nuri Həmədani təqvalı və yorulmaz bir mücahiddir və islami maarif sahəsində səksəndən yuxarı kitabın müəllifidir.



O, bu təqlid mərcəyinin kitablarının yaxın zamanlarda azəri dilinə tərcümə olunacağından xəbər verib.



Ayətullahuluzma Nuri Həmədani həmçinin Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında olaraq, yaxından bu kitabxanada mövcud olan qədim mətnlərlə tanış olub. Həmin mətnlər kommunistlərin ateizminə və bu ölkədəki dini mənbə və islami maarifi aradan götürməyə çalışmalarına rəğmən o zamanın dini alimlərinin mübarizələri sayəsində bugünədək gəlib çıxıbdır.

Teqlər