Ayətullahuluzma Nuri Həmədani: Azərbaycan Respublikası müsəlmanları vəhhabilərdən ehtiyatlı olsunlar
Sen 04, 2015 20:12 Asia/Baku
Həzrət Ayətullahuluzma Nuri Həmədani təkfirçi qrupların Azərbaycan Respublikasında fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.
O Həzrət Bakıda yaşayan iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsində azəri möminlər qarşısında terrorçu-təkfirçi qrupların cinayətlərinə işarə edərək, onların rəftarlarını İslamın nurlu təlimləri ilə təzadlı bilib və belə deyib: Azərbaycan Respublikası müsəlmanları da öz ölkələrində bu terrorçu və vəhhabi qrupların faəliyyət və hərəkətlərindən ehtiyatlı olmalıdırlar.Həzrət Ayətullahuluzma Nuri Həmədani deyib: Azərbaycan Respublikası xalqı vilayət və Peyğəmbər(s.ə.s)-in Əhli-Beyti(ə)-na bağlılıqda parlaq keçmişə malikdir.
Azərbaycan Respublikası xalqı bu gün də Əhli-Beyt(ə)-a məhəbbətdə yaxşı vəziyyətə malikdir.
Bu böyük təqlid mərcəyi İslam Dünyasındakı problemlərə də işarə edib və belə deyib: İranın bugünkü misal çəkiləsi təhlükəsizliyi vilayət neməti bərəkətinə və Həzrət Ayətullahuluzma Xameneinin dəyərli rəhbərliyi hesabınadır.
Həzrət Ayətullahuluzma Nuri Həmədani müsəlmanları birliyə çağıraraq, söyləyib: Bizim hamımız bir-birimizlə qardaşıq və İslamın və Əhli-Beyt(ə) məktəbinin yüksəlişi üçün səy göstərməliyik.
İlk dəfədir, bir şiə təqlid mərcəyi Azərbaycan Respublikasına səfər edir.
O Həzrət Azərbaycan Respublikasına səfərinin davamında Bakının Nardaran qəsəbəsində olaraq, İmam Rza(ə)-ın bacısı Rəhimə Xatun(s)-nın pak məzarını ziyarət edəcək və bu məntəqənin möminləri ilə görüşəcəkdir.