Düşmənlər müsəlmanların imicinə xələl gətirmək niyyətindədirlər
Sen 05, 2015 20:10 Asia/Baku
Dini təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani düşmənlərin İslama zərbə vurmaq niyyətində olmaları barədə müsəlmanlara xəbərdarlıq edib.
Bakıdakı müxbirimizin verdiyi məlumata əsasən Bakıda yaşayan İran işgüzarı arasında müsəlmanları düşmənlərin fitnələri qarşısında ayıq sayıq olmağa səsləyən Ayətullah Nuri Həmədani xatırladıb: İslam düşmənləri müsəlmanlara qələbə çalmaq üçün müxtəlif metodikalardan istifadə edirlər.Ayətullah Nuri Həmədani həmçinin düşmənlərin Az. R-da Quran Əlifbasını dəyişməklə bu nəslin əlaqəsini İslam və Quran təlimləri prinsipləri ilə kəsməyə səy göstərmələrinə işarə edərək deyib: Quran Əlifbası ilə tanışlıq İslamın zəngin mənbələrindən yararlanmağı tələb və bu sahədə lazımi tədbirlərin görülməsini təkid edir.
Dünya müstəzəflərinin İslam İnqilabına ümidinin olmasını vurğulayan Ayətullah Nuri Həmədani əlavə olaraq deyib: İİR-nın xaricdə yaşayan işçiləri İslam İnqilabının yüksək dəyərlərinin carçısı və təşviqatçısı olmalıdır. Bu görüşün əvvəlindən İranın Bakıdakı səfiri Möhsün Pakayin Ayətullah Nuri Həmədaninin Bakıya səfərindən məmnunluğunu ifadə edərək Bakıda olan iranlı qurumların fəaliyyəti haqda öz hesabatını təqdim edib.