Nardaranın mömin əhalisi mərcəiyyətin qarşılanmasında qəhrəmanlıq yaratdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i197385-nardaranın_mömin_əhalisi_mərcəiyyətin_qarşılanmasında_qəhrəmanlıq_yaratdı
Bakının Nardaran qəsəbəsinin mömin və inqilabçı əhalisi Ayətullahuluzma Hacı Şeyx Hüseyn Nuri Həmədaninin qarşılanmasında yadda qalan qəhrəmanlıq yaratdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2015 05:59 Asia/Baku
  • Nardaranın mömin əhalisi mərcəiyyətin qarşılanmasında qəhrəmanlıq yaratdı
    Nardaranın mömin əhalisi mərcəiyyətin qarşılanmasında qəhrəmanlıq yaratdı

Bakının Nardaran qəsəbəsinin mömin və inqilabçı əhalisi Ayətullahuluzma Hacı Şeyx Hüseyn Nuri Həmədaninin qarşılanmasında yadda qalan qəhrəmanlıq yaratdı.

Bu böyük təqlid mərcəyi şənbə günü axşam Azərbaycan Respublikasına səfərinin davamında İmam Rza(ə)-ın bacısı Rəhimə xatun(ə)-ın Bakının Nardaran qəsəbəsində yerləşən pak məqbərəsində olaraq, Nardaranın mömin əhalisinin misilsiz və səmimi qarşılaması ilə üzləşib.
Həzrət Ayətullahuluzma Nuri Həmədani öz çıxışında Azərbaycan Respublikasının mömin xalqı ilə görüşdən raızılıq edərək, bu ölkənin parlaq tarixi keçmişinə işarə edib və bu respublika xalqının vəhdətini yüksək dəyərləndirərək, ümidvarlıq edib ki, bu ölkə xalqı öz imanlı əhval-ruhiyyəsi və vəhdəti ilə Aşura məktəbindən ilham alaraq, Qarabağın işğal olunmuş ərazilərini işğalçıların əlindən azad edə biləcək.

O Həzrət həmçinin təkfirçi və terrorçu İŞİD və Bokoharam qruplarının təhlükəsinə toxunaraq, hegemonçu sistemin tabeliyində olan bu anti-İslam qruplarla mübarizədə İslam Ümmətinin birliyini istəyib.

Həzrət Ayətullahuluzma Nuri Həmədani çoxlu sayda görüşlərlə yanaşı olmuş Azərbaycan Respublikasına altıgünlük səfərinin sonunda İran səfiri, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşayiəti ilə bazar günü səhər Bakıdan Tehrana geri dönüb.