Sen 16, 2015 10:33 Asia/Baku
  • 
Ermənistanın pilotsuzu vurulub
    Ermənistanın pilotsuzu vurulub

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını vurub. Azərbaycan Ordusu tərəfindən vurulan, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatın qalıqları Ağdam rayonunun Bəybabalar kəndinin ərazisinə düşüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Teqlər