Azərbaycanlı zəvvarların Ciddə hava limanında çətin anları
Sen 30, 2015 10:06 Asia/Baku
Azərbaycanlı zəvvarların ilk qrupunu Həcc ziyarətindən gətirən təyyarə dünən Bakıya enib. Ciddə aeroportunda uzun ləngimələrdən sonra azərbaycanlı zəvvarlar etiraz ediblər.
Sentyabr-ın 29-da ilk təyyarənin saat 05.00-da Bakıya enməsi nəzərdə tutulsa da, reys təxirə düşüb. Növbəti reyslərin təxirə düşdüyü deyilir.QMİ-dən reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndiriblər.
Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar. Zəvvarlar deyirlər ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar.