Elza Seyidcahan seçki saxtakarlıq iddiasından əl çəkmir
https://azeri.sahartv.ir/news/azərbaycan-i199248-elza_seyidcahan_seçki_saxtakarlıq_iddiasından_əl_çəkmir
Azərbaycan Respublikası müğənnilərindən olan Elza Seyidcahan seçki saxtakarlığından yeni detallar açıqlayacağını deyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:30 Asia/Baku
  • Elza Seyidcahan seçki saxtakarlıq iddiasından əl çəkmir
    Elza Seyidcahan seçki saxtakarlıq iddiasından əl çəkmir

Azərbaycan Respublikası müğənnilərindən olan Elza Seyidcahan seçki saxtakarlığından yeni detallar açıqlayacağını deyir.

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan müğənni musavat.com-a açıqlamasında bildirib: “Seçki günü baş verən qanunsuzluq, saxtakarlıq, təzyiqlər və rüşvətxorluq barəsində geniş açıqlamalar verəcəm”.
“Konfransda səsvermə zamanı bizə edilən rüşvət təklifindən tutmuş bütün biabırçı hallar barəsində danışacam. Elza Seyidcahan seçki saxtakarlığı ilə bağlı video da təqdim edib.
Müğənninin dairəsində lider namizəd 71, 2 faiz səs toplayıb.