“Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi Bakıda işə başladı
Noy 19, 2015 12:53 Asia/Baku
6-cı beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi dünən Bakıda işə başlaıb.
Bakı Ekspo Mərkəzində keçirilən bu üçgünlük sərgidə Türkiyə, Rusiya, Almaniya və Azərbaycan daxil olmaqla 10 ölkəni təmsil edən 35 şirkət ekologiya və ətraf mühitin qorunması, sur çirkləndiriciləri xüsusi ilə də Xəzər çirkləndiriciləri ilə mübarizə sahəsindəki qabiliyyətlərini habelə, ekologiyanın mühafizəsi üzrə ən son texnologiyalar və təchizatlarını nümayiş etdirirlər.Sərginin icraçı direktoru Behruz Hidayətzadə ekaloji təhdidlərə diqqətin göstərilməsini, su çirkləndiricilərinin önlənilməsi, Xəzərin çirklənməsi ilə mübarizədə kollektiv əməkdaşlığın nümayiş etdirilməsi, sərgidə iştirak edən ölkələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsini və təbiəti korlayan amillər ilə mübarizə üzrə son texnologiyaların təqdimatını bu sərginin əsas məqsədlərindən adlandırıb.