Nardaranın mərkəzi meydanı boşalıb, yollar təmizlənib
Noy 30, 2015 13:04 Asia/Baku
-
Nardaranın mərkəzi meydanı boşalıb, yollar təmizlənib
Nardaran qəsəbəsində sakinlərin toplaşdıqları İmam Hüseyn meydanı boşalıb.
APA-nın qəsəbədə olan müxbiri xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.Sakinlər öz evlərinə dağılışıblar.
Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.
Noyabrın 29-da Nardaran kəndinin ağsaqqalları yığışıb, kənddəki gərgin vəziyyətlə bağlı müzakirələr aparıblar.
Müzakirələrdən sonra İmam Hüseyn meydanının boşaldılması, adamların evlərinə dağılışması qərarına gəliblər.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, bundan sonra cənazələrin sahiblərinə qaytarılacağına ümid edirlər: “Biz ağsaqqallar yığışıb qərar verdik ki, meydanı boşaldaq, camaat evlərinə getsin. İndi qaldı, onların qərarı. Ümid edirəm ki, sözlərində dürüst olarlar.”
Kərbəlayi Natiq Kərimov onlara xəbrdarlıqdan da danışıb: “Mənə heç kim heç nə vəd eləməyib. Ancaq deyiblər ki, bir günün, yarım günün içində çadırları o meydandan götürməsəniz, meydanı boşaltmasanız, bura qoşun yeridiləcək. Qoşunun girməsinin hansı nəticələrə gətirib çxaracağını hamı bilməlidir.”