Noy 30, 2015 13:05 Asia/Baku
  • Nardaran əməliyyatı məkrli oyuna xidmət etmirmi?
    Nardaran əməliyyatı məkrli oyuna xidmət etmirmi?

Azərbaycanın tanınmış ruhanilərindən olan Şeyx Sərdar Hacıhəsənli Nardaranda baş verən son hadisələri şərh edib. Bildirib ki, bu arada məkrli oyun nəzərə gəlir.

Faktxeber-in məlumatına görə, tanınmış ruhani Şeyx Sərdar Hacıhəsənli bildirib: “Nardaranda baş verən hadisələr və hadisələrin xalqa təqdimat forması olduqca təssüfedici və ürək ağrıdıcıdır. Təəssüf edəcəyimiz məsələ heç kimə lazım olmayan ssenarinin süni şəkildə işlənilməsi, heç bir əsası olmayan məsələnin şişirdilməsi və cəmiyyətə ölkədə böyük təhlükə mövcudluğunun sırınmasıdır.”
Ruhaninin fikrincə, hadisənin ürək ağrıdan tərəfi, əməliyyatın tam naşılıqla həyata keçirilməsi, yaxud kimlərinsə xüsusi məqsədinə xidmət etməsinin mümkünlüyüdür. Azərbaycanda heç vaxt din təhlükə mənbəyi olmamışdır və bu gün də reallıqda belə bir təhlükə yoxdur. Amma görünür, bu gün "qaşınmayan yerdən qan çıxartmaq" kimlərəsə hava və su kimi lazımdır.
Şeyx Sərdar Hacıhəsənli Nardaranda qış ərəfəsində enerjinin dayandırılmasını qınayıb: “Hadisədən sonra kənd əhalisinə təzyiqlərin artırılması, o cümlədən su, qaz, işıq və yanacaq təminatının kəsilməsi, 9 mindən artıq əhalisi- qocası, uşağı, körpəsi olan kənd sakinlərinə elan edilmiş bir müharibəyə bənzəmirmi? Görünür, daha bir dəfə xalqı yaranan şəraitə etiraz etmək üçün toplanmağa vadar edənlər bu dəfə yeni görüntülər əldə edib, başladıqları ssenarinin daha ciddi bir məsələ olduğunu kimlərəsə sübut etmək fikrindədirlər. Burası məkrli oyuna xidmət etmirmi?”- ruhani Hacıhəsənli sual verir.







Teqlər