Əli Kərimli: “Bu, barbarlıqdır”
https://azeri.sahartv.ir/news/azərbaycan-i200248-Əli_kərimli_bu_barbarlıqdır
AXCP sədri Əli Kərimli Nardaran qəsəbəsinin blokadaya alınmasını pisləyən münasibət paylaşıb. Bildirib: “Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası, izahı mümkün olmayan absurddur”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2015 10:22 Asia/Baku
  • Əli Kərimli: “Bu, barbarlıqdır”
    Əli Kərimli: “Bu, barbarlıqdır”

AXCP sədri Əli Kərimli Nardaran qəsəbəsinin blokadaya alınmasını pisləyən münasibət paylaşıb. Bildirib: “Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası, izahı mümkün olmayan absurddur”.

AXCP sədri feysbuk(Facebook) səhifəsində yazır: Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır.
Əli Kərimli qeyd edir: Hakimiyyət anlamalıdır ki, qeyri-insani davranışlar nə nardaranlıları, nə də bütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.