Azərbaycan Respublikasının ziyalıları bu ölkə şiələrini dəstəklədiklərini bildiriblər
Dek 07, 2015 09:47 Asia/Baku
Azərbaycan Respublikasında yüzlərlə ziyalı rəsmi Bakı tərəfindən bu ölkə şiələrinə divan tutulmasını pisləyibdir.
Press TV-nin məlumatına görə, Azərbaycan Respublikasında yüzlərlə ziyalı bazar günü uzun bir ərizə imzalyaraq, bu ölkə hökuməti tərəfindən Bakının Nardaran qəsəbəsində şiələrə qarşı repressiya kompaniyasını pisləyərək, bu hərəkətin dayandırılmasını istəyibdir.Azərbaycan Respublikası ziyalıları bu ölkə xalqının əksər hissəsini şiələrin təşkil etdiklərini bildirərək, şiələrə hörmət edilməsini istəyiblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ötən çərşənbə günü bildirdi ki, təhlükəsizlik qüvvələri Nardaran hadisəsi ilə bağlı 32 nəfəri həbs ediblər.
Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin noyabrın 26-da Azərbaycan Respublikasında ən mühüm şiə mərkəzi olan Nardaran qəsəbəsinin məscidində əzadarlara basqın etmələri nəticəsində dindarlardan beş nəfər dünyasını dəyişib, on nəfərdən çox dindar da yaralanıbdır.