Fev 02, 2016 12:23 Asia/Baku
  • Azərbaycanda daha bir bank bağlandı
    Azərbaycanda daha bir bank bağlandı

Ağır iqtisadi durum yaşayan Azərbaycan Respublikasında daha bir bank bağlanıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin bank lisenziyası ləğv edilib.

Bu barədə bankdan Azərbaycan Respublikası medialarına məlumat verilib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq؟ 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətində Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.

Teqlər