Azərbaycan Respublikası hərbçiləri Əfqanıstana göndəriliblər
Azərbaycanlı hərbçilərdən ibarət qırx nəfərlik bir qrup NATO üçün "güclü dəstək" missiyası kontekstində Əfqanıstana göndərilib.
Fakt Xəbər saytının məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, qırx nəfərlik bir qrup NATO üçün "güclü dəstək" missiyası kontekstində Əfqanıstana göndərilib.
2015-ci ilin noyabrında da azərbaycanlı hərbçilərdən ibarət 25 nəfərlik bir qrup NATO üçün "güclü dəstək" missiyası kontekstində Əfqanıstana göndərilmişdi.
Azərbaycan Respublikasından olan bu hərbçilər Əfqanıstandan geri dönmüş digər bir qrup hərbçini əvəz ediblər.
Azərbaycan Respublikası 1994-cü ildən bəri yenicə istiqlaliyyət tapmış bəzi ölkələr kimi "sülh naminə tərəfdaşlıq proqramı" çərçivəsində NATO ilə həmkarlığını davam etdirir.
Azərbaycan Respublikası dövlətinin NATO ilə əlaqələri son illərdə ikitərəfli əməkdaşlıq proqramları çərçivəsində genişlənməkdə olubdur.