Avropa Bakı ilə İrəvan arasında vasitəçiliyə səy göstərir
https://azeri.sahartv.ir/news/azərbaycan-i215620-avropa_bakı_ilə_İrəvan_arasında_vasitəçiliyə_səy_göstərir
Avropa Şurasının Parlament Assambleyasının sədri Azərbaycan Respublikası ilə Ermənistan arasında vasitəçilik etmək üçün öz hazırlığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2016 06:00 Asia/Baku
  • Avropa Bakı ilə İrəvan arasında vasitəçiliyə səy göstərir
    Avropa Bakı ilə İrəvan arasında vasitəçiliyə səy göstərir

Avropa Şurasının Parlament Assambleyasının sədri Azərbaycan Respublikası ilə Ermənistan arasında vasitəçilik etmək üçün öz hazırlığını bildirib.

Azərnyus-un məlumatına görə, Avropa Şurasının Parlament Assambleyasının sədri- Pedro Agramunt bu assambleyanın Fransanın Strasburq şəhərində keçirilən iclasında deyib: Qarabağ məntəqəsində Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasındakı döyüşlər mülklilərin həlak olması ilə də nəticələnib və assambleya bu iki ölkə arasında vasitəçilik etməyə hazırdır.

Avropa Şurasının Parlament Assambleyasının sədri assambleyaya üzv bütün 47 ölkənin ərazi bütövlüklərinin qorunmasını vurğulayaraq, Qarabağda döyüşən tərəflərdən istəyibdir ki, kəskin tənqidlər və zorakılıqdan çəkinsinlər.

Pedro Agramunt həmçinin Azərbaycan Respublikası ilə Ermənistandan istəyibdir ki, müzakirəyə üz tutmaqla gərginliklərə son qoysunlar.

Müharibə odu və döyüşlər bir daha 2016-cı il aprelin birində Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli məntəqə olan Qarabağda alovlandı və bir neçə gün gedən döyüşdə iki tərəfdən müəyyən miqdarda qüvvə öldürüldü.

Rusiya, Fransa və Amerikanın həmsədrlikləri altında olan ATƏT-in Minsk qrupunun bu münaqişlənin həlli üzrə vasitəçiliyi heç bir nəticə verməyibdir.